Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, ”Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosasiyası” İctimai Birliyinin təşkilatı dəstəyiylə 10-cu qrant müsabiqəsinin qalibi Samir Bədiyev “Gənclər arasında Könüllü fəaliyyət və ictimai Fəallıq” adlı layihə həyata keçirilib.
Layihənin açılış mərasimində giriş sözü ilə çıxış edən layihə rəhbəri Samir Bədiyev iştirakçılara layihənin məqsədi haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki Dövlətimiz müstəqillik əldə etdikdən sonra gənclərə xüsusi diqqət yetirilmişdir. Azərbaycan Respublikasında gənclər siyasəti, gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial- iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, intelktual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində mühüm işlər görülməkdədir.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər birliyinin əməkdaşı və eyni zamanda bu sahədə peşəkar təlimçi olan Mahmud Mahmudov qeyd edib ki, Gənclər Fondunun dəstəyi ilə artıq gənclər asanlıqla öz ideyalarını gerçəkləşdirə bilirlər. Bu da gənclərə inkişaf üçün böyük stimul verir. Daha sonra M.Mahmudov təlimin əhəmiyyətindən söz açaraq gəncləri bu sahədə təlimatlandırıb.