“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin vətənpərvər ruhda tərbiyəsi gələcəyimizin zəmanətidir”adlı növbəti sonuncu tədbirlərini 21 noyabr 2017-ci il tarixində Qusar rayonunun Urva kəndində və 22 noyabr 2017-ci il tarixində Qusar şəhərində kecirmişdir.
Tədbirlərdə “Sağlam Yaşa” GMİB-in sədr müavini Tələt Qəribov, təşkilatın eksperti “Mina Qurbanlarınin sosial iqtisadi problemlərin həllinə kömək” İB-in sədri Məmmədhəsən Həsənov, Rayon İH –in nümayəndəsi Rixard Qədimov , Qarabağ döyüşçüsü 2-ci qrup əlil Səmayə Xəlilova çıxışlar etmişlər. Natiqlər öz şıxışlarinda qeyd etdilər ki, Vətən naminə oxumaq və çalışmaq ən böyük vətənpərvərlikdir. Əgər bu hiss, bu duyğu varsa deməli ana vətənin hər bir vətəndaşı, xüsusilə də gənclər onu qorumağa , fədakarklıq etməyə, qəhrəmanlıq nümunəsi göstərməyə hər an hazırdırlar.
Tədbirlərdə fəal iştirak edən gənclərə sertifikatlar verilmış və üstü yazılı köynəklər hədiyyə edilmişdir.