Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Parlaq Zəka” Gənclərin İnkişaf Assambleyası adlı artıq ikinci layihə keçirildi.
Bu dəfəki assambleya Azərbaycanın 2017-ci ildə Gənclər Paytaxtı seçilən Balakən şəhərində təşkil olundu. Layihə paytaxtla yanaşı Balakən, Zaqatala və Şəki gənclərini də əhatə etdi.
Proqram çərçivəsində gənclərə şəxsi inkişaf, təhsil, iqtisadiyyatın ümumi əsasları, insan resursları, marketinq sahəsində treninqlərlə yanaşı intellektual yarışmalar da təşkil olunmuşdu.