Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva 22 noyabr tarixində “Gənclər və İdman Nazirliyi”nin təşkilatçılığı ilə keçirilən “Gənclər arasında tolerantlıq, humanizm və sülhsevərlik prinsiplərinin təbliğ edilməsi” adlı beynəlxalq konfransda “Gənclər Təşkilatlarının tolerantlıq və gənclər arasında qarşılıqlı hörmətin inkişafına yönəlmiş təşəbbüslərinin dəstəklənməsi” mövzusunda çıxış etmişdir.
Çıxışı zamanı V.Niftəliyeva Azərbaycanın multikulturalizm modelinin dünya səviyyəsində ən mükəmməl örnək olduğunu bildirmiş və Gənclər Fondunun multikulturalizm, tolerantlıq eləcə də sülhün təbliği mövzularında həyata keçirdiyi layihələrdən ətraflı məlumat vermişdir.