Azərbaycan Respublikasının Pprezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Hədəf Yaradıclıq Mərkəzinin təşkilatı dəstəyi ilə həyata keçiriləcək “İplərin sehri” kilimçilik və qobelen təliminə hamınızı dəvət edirik. Layihə 10-cu Qrant müsabiqəsinin qalibi Qumru Seyfullayeva tərəfindən həyata keçiriləcək.
Azərbaycan xalq – tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Azərbaycan xalçası Azərbaycan xalqının maddi və mənəvi sərvətidir, intellektual fəaliyyətin nəticəsi olub, xalqın estetik dünyagörüşünü, bədii istedadını, özünəməxsusluğunu və mədəni identikliyini əks etdirir. Bu sənət uzun illər boyu Azərbaycan xalqının əsas sənət sahəsi olmuş və ölkəmizə dünya şöhrəti qazandırmışdır.
Qobelen hiss və duyğuların vəhdətidir. Müasir zamanın tövhələrini özündə cəmləşdirən lakin orta əsrin də nəfəsini itirməyən bu sənət növü ilə məşqul olub və tez bir zamanda öyrənə bilmək imkanı sizə yeni və əvəz olunmaz hisslər verəcək
Təlim müddətində qədim toxuculuq incəsənət sayılan kilimin və müasir təsviri incəsənət sayılan qobelenin tarixini və toxunması öyrədilir. Layihənin Məqsədi təlim iştirakçılarının kiçik motorikasının inkşafına, zövgün formalaşmasına kömək və dəstək olmaqdır.
Təlim müddəti : 3 gün
Keçirilmə yeri : Hədəf Yaradıcılıq Mərkəzi (Məhəmməd Hadi 51M)
Vaxt: 25 noyabr 12:00
İştirakçı sayı : 20 nəfər
Təlimdə iştirak ÖDƏNİŞSİZDİR.
Təlimdə say məhdudiyyətini nəzərə alaraq qeydiyyat keçməyə tələsin.
Ad, Soyad, Yaş və Əlaqə nömrənizi [email protected] nömrəsini göndərməklə qeydiyyatdan keçə bilərsiniz.