Təlimlər “Elektron Hökumət” həllərinin istifadəsi barədə gənclərin və gənclər təşkilatlarının nümayəndələrinin biliklərinin artırılması məqsədilə keçirilir.
Təlimlər 4 gündən ibarət olub, 6 mövzunu əhatə edəcəkdir:
- Elektron Hökumət portalının – www.e-gov.az strukturu;
- Elektron imza istifadəsinin texniki və hüquqi aspektləri;
- Elektron Hökumət portalı vasitəsilə Məcburi Dövlət Sosial Sığortası üzrə hesabatların təqdim edilməsi;
- Elektron Hökumət portalı vasitəsilə Vergi Bəyannamələrinin və digər vergi ödənişlərinin edilməsi qaydası;
- Elektron Hökumət portalı vasitəsilə rəsmi statistik məlumatların təqdim edilməsi;
- Elektron Hökumət portalında Gömrük Bəyannamələrinin və hesabatların yerinə yetirilməsi.
Təlimdə Bakı ilə yanaşı regionlar üzrə gənclərin iştirakı mümkündür. Bütün təlimlərdə iştirak edən şəxslərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatı təqdim olunacaqdır.
Təlim 21 noyabr başlayacaqdır.
Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun:
https://goo.gl/hKVXnb
Ətraflı məlumat üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:
[email protected]
(012) 505 01 13; (077) 505 01 13