Azərbaycan Respublikasının Prezideti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Əhmədova Afaq Elxan qızı tərəfindən “Ailədə teatr – tərbiyə üsulu kimi” layihəsinə start verilmişdir. Layihə çərçivəsində ilk təlim 11 noyabr Sabunçu rayon Gənclər Evində keçirildi.
Təlimçi İntiqam Soltan teatr sənətinin sirləri, onların azyaşlıların tərbiyəsindəki rolu və ailədə uşaqlaırn tərbiyə olunmasında tətbiq olunması yollarının aşılanmasından danışıb. Və yekun olaraq dinləyicilər aldıqları tədrisin nəticəsi kimi nümunələr nümayiş etdirəcəklər. Belə ki, dinləyicilərin ailələrinin də iştirak edəcəyi yekun tədbirə qatılan ailələr rəmzi şəkildə tətbiq edilən yarışmada hər biri 5 dəqiqəlik ailə teatr tamaşası nümayiş etdirəcəklər. Layihənin müddəti 2 ay olmaqla, 25 oktyabr 2017-ci il – 25 dekabr 2017-ci il tarixlərini əhatə edəcəkdir.
Layihə rəhbəri Afaq Əhmədova çıxış edərək bildirmişdir ki, valideyn və övlad arasındakı ünsiyyətin aktivləşdirilməsi, uşaqların düzgün tərbiyə olunmasının əsasının təşkil edən amillərdən biridir. Bu layihə həm də valideynlərin öz övladlarına yanaşma metodlarının dəyişməsində yardımçı olacaq. Onların övladlarına verəcəkləri tərbiyə üsullarının daha kreativ, təsirli və yaddaqalan edəcəkdir. Bizim layihəmizin əsas məqsədi evlərdə, ailələrdə görünməz teatrların yaradılmasıdır ki, bu da istər sənətin sevdirilməsi, istər teatrlardan tərbiyə üsulu kimi istifadə etməkdir.
Bu layihə, gənclərin ünsiyyət bacarıqlarını tədqiqat bacarıqlarının formalaşması üçün şərait yaradacaq, onların yaradıcılıq qabiliyyətlərini və tənqidi düşüncələrini inkişaf etdirəcək.
Intiqam Soltan: “Ən ümdə məqsədimiz Azərbaycanda mədəni cəmiyyətin inkişafina öz töhfəmizini verməkdir.
Teatr ən gözəl canlı ünsiyyət və təbliğat vasitəsidir. Bundan istifadə edərək, uşaqların və gənclərin daha səmərəli maarifləndirməyə nail ola bilərik”.