![](https://youthfoundation.az/wp-content/uploads/2017/11/Elm-tədqiqatdan-başlayır.jpg)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Elm tədqiqatdan başlayır” layihəsinin icrasına başlanılır.
Layihə rəhbəri Ayşəm Balayevanın verdiyi məlumata görə, layihənin keçirilməsinin məqsədi elm sahəsində mövcud kadr potensialını, o cümlədən elmi tədqiqat problemləri ilə məşğul olan gənc mütəxəssislərin və eləcə də elmdə peşəkar idarəçilik funksiyalarını həyata keçirməyə qadir olan mütəxəssislərin hazırlığını təmin etməklə, elmi potensialı ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına yönəltməkdir.
Qeyd edək ki, “Elm tədqiqatdan başlayır” layihəsi çərçivəsində təşkil ediləcək təlimlərdə gənclərə düzgün elmi tədqiqatın aparılması, tədqiqat nəticələrinin təhlili, xüsusi analiz proqramı olan SPSS hesablama proqramının öyrədilməsi nəzərdə tutulur.
Təlimlərdə ümumilikdə 75 nəfər gəncin iştirakı nəzərdə tutulur. Təlimləri müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat veriləcək.
Qeydiyyat üçün son tarix: 20 noyabr
Təlimlərin başlama tarixi: 25 noyabr
Təlimlərdə iştirak qeydiyyatladır.
Qeydiyyat linki:
Əlavə məlumat almaq üçün Ayşəm Balayeva ilə əlaqə saxlaya bilərsiniz:
+994552600726
[email protected]