Azərbaycan Respublikasının Prezideti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi ilə Pənəliyev Samir Ramiz oğlu tərəfindən “Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” layihəsinə start verilmişdir.
Noyabrın 1-də Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Gənclər Fondunun əməkdaşı Mübariz Qədirov, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov, Asan xidmətin əməkdaşı Rəbiyyə Cəfərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aygül Ağayeva və Yasamal rayon 53, 21, 13, 158 və 167 saylı tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə Mərkəzin “Muzey” bölməsi ilə tanış oldular.
Tədbiri giriş sözü ilə Yasamal rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov açaraq, Azərbaycan gənclər siyasətinin əsas istiqamətinin ölkəmizin gənci, onun arzu və ehtiyaclarını ödəmək üçün qurulmuş bir siyasət olduğunu bildirdi.
Daha sonra layihə rəhbəri Samir Pənəliyev öz çıxışında qeyd etdi ki, “Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” layihəsinin əsas məqsədi Bakı, Sumqayıt, Gəncə şəhəri və İsmayıllı rayonunda yaşayan 14-17 yaş arası yeniyetmələr və 18-29 yaş arası gənclər arasında Azərbaycan elmi və bədii ədəbiyyatı nümunələri əsasında oxu mədəniyyəti və vətənpərvərliyin təbliği ilə bağlı informasiya çatışmazlığını aradan qaldırmaq və bu sahədə təcrübənin inkişaf etdirmək, dövlətin və millətin mənafeyini hər şeydən üstün tutmağı yeniyetmə və gənclərimizə çatdırmaqdır.
Digər qonaqlarda öz çıxışlarında yeniyetmə və gənclər arasında vətənə hörmət hissinin aşılanması, oxu mədəniyyəti və vətənpərvərliklə bağlı yeniyetmə və gəncləri maarifləndirmək, onların inkişafına yönəlmiş bir sıra layihələrin həyata keçirilməsinin dövlətin gənclərinə olan diqqət və qayğısının nümunəsi olduğunu qeyd etdilər.