Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İlk peşəmiz” layihəsinin həyata keçirilməsinə start verib.
Layhə Bakı şəhəri üzrə 5 rayonu əhatə edəcək. Layihənin məqsədi həssas kateqoriyaya aid işsiz gənclərə peşəyönümlü sənət öyrətmək, maarifləndirici sosial dəstək verməkdir. Gənclərin peşə təhsilinə, zəruri ixtisaslara yiyələnmələri və onların ictimai faydalı, məhsuldar əməyə cəlb edilmələri üçün şərait yaradmaqdır. Gənclər sağlam həyat tərzi sürəcək, zərərli vərdişlərdən və fəaliyyətlərdən uzaq duracaqlar bununla da, gələcək məşğulluqlarını təmin etmək üçün imkanlar əldə edəcəklər.