Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Erkən nikahlarlara qarşı maarifləndirməyə ailədən və təhsildən başlayaq” layihəsinin icrasına başlamışdır. Layihə Ucar, Bərdə, Şamaxı və Salyan rayonlarını əhatə edəcəkdir.
Layihə çərçivəsində zəngin bilgi və hüquqi informasiyaların əks olacağı “Erkən nikahlar: ictimai qınaq və maarifləndirmə” adlı kitabçanın nəşri və yayıımı da həyata keçiriləcəkdir.
Layihənin məqsədi regionlarda yeniyetmə və gənc qızlar və oğlanlar arasında erkən nikahların yayılmasına “YOX” demək, onların özlərini və valideynlərini bu cür zərərli addımlardan çəkindirmək, bölgələrdə müxtəlif strukturların iştirakı ilə ictimai qınaq, ictimai maarifləndirmə kampaniyasına və digər sosial aksiyalara başlamaqdır. Layihənin digər məqsədlərindən biri də bölgələrdə yeniyetmə qız və oğlanlar arasında təhsilə və peşə vərdişlərinə maraq və motivasiya yaratmaqdır.