[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/eva-maria-aux-azad-rahimov-gorush.jpg” ]
19 oktyabr tarixində, Bakıda MDB iştirakçı dövlətlərinin Gənclərlə iş üzrə Şurasının növbəti iclası keçirilib. Görüşdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, nazirin müavini İntiqam Babayev, həmçinin, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya,Tacikistanın gənclərlə iş sektorlarının vəzifəli şəxsləri və səfirliklərin nümayəndələri iştirak etmişlər.
Görüşün əsas məqsədi MDB ölkələri arasında gənclər siyasəti çərçivəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə etmək olmuşdur.
İclasda Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun baş məsləhətçisi Nərminə Əliyeva qonaqlar üçün Fondun təqdimatını keçirmiş, fəaliyyəti haqqında məlumat vermiş, daha sonra iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.
Qeyd edək ki, iclas 19-20 oktyabr tarixlərini əhatə edir və şuraya sədrliyi Azərbaycan Respublikası edir.