Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Belarus Respublikasında keçiriləcək 2-ci Avropa Oyunlarının hazırlıqlarına həsr olunmuş görüşdə iştirak edib.
Görüşdə, eyni zamanda, Belarusiyanın Prezident administrasiyası rəhbərinin birinci müavini, Təhsil və İdman nazirləri, Belarusiya Gənclər İttifaqının sədri və digər rəsmi şəxslər iştirak edib.
Fərhad Hacıyev Birinci Avropa Oyunlarına hazırlıq prosesi haqqında danışmış, bu Oyunların hazırlığında bütün ölkənin səfərbər olduğunu, cənab Prezident İlham Əliyevin və Təşkilat Komitəsinin rəhbəri Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın proseslərdə birbaşa iştirak və rəhbərlik etdikləri haqqında geniş məlumat vermişdir.
Fərhad Hacıyev bununla yanaşı, cəlb olunmuş insan resurslarından, o cümlədən könüllülər və mütəxəssislərdən danışıb, könüllülərin hazırlıq prosesi haqqında ətraflı çıxış etmişdir. Görüşdə iştirak edən Belarusiya idmançıları, Olimpiya komitəsinin və İdman və turizm nazirliyinin rəhbərləri Bakıda keçirilən Birinci Avropa Oyunlarının ən yüksən dünya standartlarına uyğun keçirildiyini və hal-hazırda Belarusiyanın bu təcrübə ilə yaxından tanış olduqlarının dəfələrlə vurğulamışlar.
Çıxışdan sonra sual cavab sessiyasında Belarusiya tərəfini maraqlandıran suallara ətraflı cavab verilmişdir. Eyni zamanda, Fərhad Hacıyev Belarusiyanın mərkəzi kanalına, paytaxt kanalına və digər mətbu orqanlara müsahibə vermişdir.
Görüşün sonunda Birinci Avropa Oyunlarına həsr olunmuş video çarx yayımlanmışdir.