Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı” ictimai birliyi “Gənclərin peşə akademiyası” adlı layihəyə yekun vurdu.
3 ay ərzində davam edən layihə Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı ilə birlikdə tələbələr üçün keçirilmişdir. Layihə çərçivəsində gənclərə peşə hazırlığı, ixtisas seçimi ilə bağlı seminarlar təşkil edilmişdir. Ekspert və təlimçilər tərəfindən gənclərə muasir dövrdə peşələrin kəmiyyət və keyfiyyət etibarilə kifayət qədər çox spektrli və rəngarəng olması izah edilmişdir, peşələrin müxtəlifliyi qarşısında duzgun və zəruri seçim edə bilmələri üçün müvafiq tövsiyyələr verilmişdir. “Peşə” və “İxtisas” məfhumlarının mahiyyəti, məzmununu gənclərə aydınlaşdırılmışdır, onun oxşar və fərqli cəhətlərini, insanların əmək predmetləri ilə məşğulluluğunun əməyin xarakterinə uyğun tiplərini bildirilmişdir.
Layihə çərçivəsində gənclərə peşə hazırlığı ilə bağlı buklet və kitabçalar təqdim edilmişdir. Son tədbirdə gənclərə müvafiq sertifikatlar verilmişdir.