Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş Məmmədov Kazım Eldar oğlu tərəfindən Ucar rayonunda icra olunan “İKT Könüllüləri” adlı layihəyə yekun vuruldu. Layihənin əsas məqsədi İKT ilə bağlı təbliğat və maarifləndirmə işinin aparılması, İKT sahəsində Peşə-ixtisasına və ya xüsusi təcrübəyə malik yeniyetmə və gənclərdən ibarət könüllü qrupların təşkil edilməsi, İKT biliklərinə yiyələnmək istəyən yeniyetmə və gənclərə bu təlim-tədris qruplarında nəzəri və praktiki təlimlər keçilməsi, texniki təmir bacarıqlarının öyrədilməsi, məktəblilərin İKT avadanlıqlarından istifadə etməklə operativ informasiya mübadiləsi yolu ilə təhsildə innovativ yeniliklərdən istifadəni təmin etməsinə şərait yaratmadılması və yekunda İKT könüllüləri “ailəsi” formalaşdırmasından ibarətdir. Layihə çərçivəsində yeniyetmə və gənclərə İKT ilə bağlı müxtəlif mövzularda silsilə təlimlər keçirilmişdir. Təlimlərdə daha çox təlimatlandırma və praktiki hissələrə yer ayrılmışdır
Layihə rəhbəri Məmmədov Kazım Eldar oğlu bildirmişdir ki, ulu öndər Heydər Əliyevin rabitə və informasiya texnologiyaları sahəsində təməlini qoyduğu siyasətin əsas məqsədlərinə İKT sahəsində hüquqi əsasların yaradılması, insan amilinin inkişafı, vətəndaşların məlumat almaq, onu yaymaq və istifadə etmək hüquqlarının genişlənməsi, elektron hökumətin, elektron ticarətin formalaşması, ölkənin iqtisadi, sosial və intellektual potensialının möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması kimi fundamental məsələlər də daxil olmuşdur. Ümummilli liderin 2003-cü il 17 fevral tarixdə imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci illər) Milli Strategiya” 10 ilə yaxın müddətdə müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet vəzifələr müəyyənləşdirmişdir. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev hələ 2003-cü ilin dekabrında Cenevrədə İKT üzrə keçirilən ümumdünya sammitində çıxış edərkən demişdir ki, Azərbaycanda neftdən sonra prioritet sahə məhz informasiya və kommunikasiya texnologiyaları olmalıdır. “Qara qızılın insan qızılına” çevrilməsinin vaxtının çatdığını Azərbaycan Prezidenti çıxışlarında informasiya texnologiyalarının, müasir biliklərin mənimsənilməsini daim önə çəkir. Bu transformasiyanın əsasında məhz Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır.” Bizim gənc nəslimiz bilikli, dünyada gedən proseslərə bələd olmalıdır, izləməlidir. Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir. Bizdə region yeniyetmə gənclərinin bu prosesdə daha da aktiv iştirak etməsi üçün marifləndirmə işləri ilə yanaşı, bu sahədə peşə ixtisasının da inkişaf etdirilməsi üçün müəyyən qədər öz töhfəmizi verməyə çalışdıq. Hesab edirəm ki, İKT könüllüləri “ailəsi” formalaşdırmağa azda olsa nail olduq.
Qeyd edək ki, 3 ay müddətində həyata keçiriləcək layihədə şəhər və kənd məktəbliləri də daxil olmaqla yeniyetmə və gənclərə 3 təlimçi 15 təlim keçmişdir.