“Gənc Mühasiblər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Gənclərin kənd təsərrüfatının inkişafına maraqlarının artırılması” adlı layihənin icrasını davam etdirir.
Layihənin məqsədi fermerlik fəaliyyəti ilə bu fəaliyyətə marağı olan gənclərin kənd təsərrüfatına marağını artırmaq və bu sahədə üzləşdikləri problemlərin həllinə dəstək verməkdir.
Layihə çərçivəsində Bakı şəhərində müxtəlif universitet tələbələrin iştirakı ilə 2 günlük maarifləndirici təlimlər təşkil edilmişdir. Təlimlər kənd təsərrüfatı sahəsində biznes fəaliyyətinə başlamağın hüquqi əsasları və qaydaları, biznes planların tərtibi, bələdiyyələrlə, banklarla əlaqə və kreditləşmə, mühasibat uçotu, MMC-lərin təsis olunması və idarəolunması, satış və reklam, KSM və s mövzuları əhatə etmişdir. Təlimlərin sonunda gənclərə sertifikatlar təqdim olunmuşdur.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində növbəti təlimlər Xaçmaz və İsmayıllı rayonlarında təşkil olunacaqdır. Layihənin sonunda isə bu sahədə daha çox gəncin faydalanması üçün video çarx hazırlanacaqdır.