20-ci əsrin sonlarında Yer kürəsində mövcud təbii ehtiyyatların azalması, bəzi hallarda isə tükənməsi, ətraf təbii mühitin çirklənməsi və pozulması kimi məsələlər kəskinləşdi və nəhayət ki, bəşəriyyəti düşündürməyə başladı. Elə o zamanlar sivilizasiyanın yeni mərhələsinə keçidin zəruriliyi konsepsiyası ortaya çıxdı. Davamlı insan potensialına əsaslanan ekolojı sivilizasiyaya keçid prosesinin ən əsas amili insandır. Yaşıl iqtisadiyyatı yalnız “yaşıl təfəkkür”-ə malik olan, sosial məsuliyyətini dərk edən insanlar həyata keçirə bilər. Bu səbəbdən ekoloji sivilizasiyaya keçidin idarə edilməsində təhsil və məlumatlandırmanın rolu olduqca əhəmiyyətlidir.
“Ekosivil Gənclik” layihəsinin əsas məqsədi gəncləri davamlı inkişaf konsepsiyası haqqında dərindən məlumatlandırmaq, ekologiya və yaşıl iqtisadiyyat sahələrinə marağı artırmaq və gənclərin “yaşıl fəaliyyət”-ini stimullaşdırmaqdır. Layihənin sonunda iştirakçılar öz “yaşıl” start-up ideyalarını təqdim edəcəklər.
Müraciət etmək üçün: http://ireli.az/?page_id=4323