Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin qalibi olmuş “Mən danışa bilirəm” təlim proqramı layihəsi yekunlaşdı.
Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan layihənın rəhbəri Rövşanə Əhmədova bildirib ki, layihə müddətində əsas məqsəd gənclərin natiqlik bacarığının üzə çıxarılması, inkişafı və peşəkarlaşdırılmasının əsas konturlarını müəyyənləşdirmək olmuşdur. Layihə rəhbəri qeyd etmişdir ki, təlimin sonunda tez-tez auditoriya qarşısında çıxış edən və ünsiyyət qurmaq istəyən hər kəs, o cümlədən: geniş kütlə qarşısında nitq söyləyən – təqdimatlar keçirən, eyni zamanda konfranslarda, iclaslarda, nitq söyləyən hər bir kəs öz daxilində yatmış gücləri oyadıb utancaqlıq, həyəcan və fobiyalarına yox demək istəyən bizim auditoriyaya daxil olaraq bütün lazımi məlumatları və yolları möəyyən mənada öyrənmək imkanı əldə etmiş oldurlar.
Qeyd edək ki, nəzərdə tutulan təlim layihəsi təlimçi Sənan Nəcəfovla “Uğurlu Natiq”, “Auditoriya qarşısında çıxış” və “ Söz energetikası, göz kontaktı və bədən dili” mövzuları əhatə etməklə uğurla həyata keçirilmişdir.