“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və yerlərdə özünüməşğulluq fəaliyyətinin təşkili ilə əlaqədar maarifləndirilməsi” adlı layihə çərçivəsində icra planına müvafiq olaraq 17-18 yanvar 2017-ci il tarixdə Ucar rayonunda Gənclər Mərkəzində təlim keçirdi. Iki gün davam edəcək təlimin ilk günü Ucar rayon Gənclər və İdman idarəsinin rəisi Əhliman İbrahimov, layihə rəhbəri, “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov, və İctimai Birliyin fəal üzvü Babək Mikayılov ekpert qismində çıxış etdilər. Çıxış edənlər Azərbaycan Gənclər Fondu barədə, layihənin əhəmiyyəti barədə danışdılar və təlimin işinə uğurlar arzuladılar. Rəsmi hissədə ekspert kimi çıxış edən Babək Mikayılov kənd təsərrüfatına dövlət qayğısından, kənd təsərrüfatının inkişafında gənclərin rolunun artırılması üçün, gənclərin sahibkarlıq fəaliyyətinə təşviq olunması və yerlərdə özünüməşğulluq fəaliyyətinə cəlb olunmasının əhəmiyyətində danışdı və qeyd etdi ki, son dövrlər kənd təsərrüfatında pambıqçılığın, baramaçılığın inkişafı kəndlilərin məşğulluğunun təmin olunmasına və maddi durumlarının yaxşılaşmasına səbəb olmuşdur.
Sonra təlimçi özünüməşğulluq fəaliyyətində əsas əhəmiyyət kəsb edən biznes planın yazılması barədə bilgilər verməyə başladı.
Qeyd edək ki, layihə Zərdab və Ucar rayonlarında keçirilməklə icra müddəti 3 aydır və məqsədi gənclərin sahibkarlıq fəaliyyətinə təşviq olunması, yerlərdə özünüməşğulluq fəaliyyətinə cəlb olunması və bu mövzuda region gənclərinin geniş və lazımınca maarifləndirilməsi və öyrədilməsindən ibarətdir.