Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, Dünya Gənclər Alyansı İctimai Birliyinin “Ürəkdən Beyinə” layihəsi çərçivəsində “Forum Teatr” Xaçmaz şəhərində uğurla keçirilmişdir. Birliyin sədri Türkan Sədirova bildirmişdir ki, layihənin əsas məqsədi “Ürəkdən beyinə” devizi altında 14-29 yaş arasında olan gənclər arasında kreativ və əsasən qeyri formal təhsil metoduna əsaslanan “Forum teatr” keçirmək və bu vasitəylə sosial emosional bilik və bacarıqların əsas beş prinsipləri: özünüdərk, özünü-idarəetmə, sosial maarifləndirmə, münasibətlər qurma bacarıqları, qərar qəbul etmə məsuliyyətini gənclərə öyrətməkdir.
Layihənin eksperti Nahid Quliyev öz növbəsində bildirmişdir ki, bu gün gənclərin psixoloji və mənəvi inkişafına dəstək olmaq lazımdır, onların sosial emosional bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif qeyri ənənvi metodlar tətbiq olunmalıdır. Real vəziyyəti analiz edərkən biz “Forum teatr” metodunu tətbiq etməyi üstün tutduq. Forum Teatr gənclərin sosial emosional bilik və bacarıqılarını inkişaf etdirərək sosial iştirakçılğı artırmaq, cəmiyyətin həyatında baş verən hadisələrdə aktiv rol almağa təşviq etmək üçün keçirilir. Məhz bu metodla gənclər teatral formada özlərinin birbaşa iştirak edtdiyi rollar vasitəsilə digər gənc dostlarını məlumatlandırır, sosial təcrid olunma aradan qalxır, yeni dostlar qazanırlar, asudə vaxtları təmin olunur.
Daha sonra iştirakçılar:
– Sosial təcrid olunmuş, ailə və cəmiyyət tərəfindən təzyiq olunan gəncin düşdüyü vəziyyət;
– Təhsil, iş və şəxsi həyatında uğur qazanmayan gəncin üzləşdiyi vəziyyət;
– Sosial aktiv və passiv gənclər arasındakı fərqlər və onların fərd olaraq cəmiyyətdə tutduğu mövqe;
– Vaxtında və düzgün qərar qəbul etmə, özünə inam, özünü dərk və yüksək motivasiya uğurun simvolları;
– Maddi və mənəvi sıxıntısı olan gəncin cəmiyyətdə qazana biləcəyi yer mövzuları üzrə səhnəciklər nümayiş etdirmişlər, və səhnəyə qoyulan mövzular auditoriya ilə birgə müzakirə edilərək digər izləyicilərə çatdırılmışdır. Ən vacib aspekt odur ki, ənənəvi treyninq-seminar üsullarından fərqli olaraq bu metodla gənclər özlərində dəyişiklik hiss edirlər və tamaşaya qoyulan ideyanı daha aydın qavrayırlar.