“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Peşəyə yiyələnək, gələcəyimizi quraq!” layihəsi çərçivəsində praktiki-təlim keçirmişdir.
İlk praktiki-təlim gözəllik salonunda keçirilmişdir. Salonun təcrübəli ustası tərəfindən yeniyetmə qızlara saçın kəsilməsi, yuyulması, daranması nümayiş etdirilmişdir. Qızların sualları cavablandırılmış və ətraflı məlumat verilmişdir.
Növbəti praktiki-təlim un məmulatları məhsulunun satış yerində keçirilmişdir. Burada qızlara peraşki, qutab, keks, paxlava, şəkərbura kimi un məmulatlarının hazırlanması və bişirilməsi barədə geniş bilgi verilmişdir. Qızların xəmirin yoğurulması və acıdılması, şirniyyat içliyinin hazırlanması ilə bağlı sualları cavablandırılmışdır.
Sonuncu praktiki-təlim kişi salonunda keçirilmişdir. Təcrübəli Emin usta yeniyetmə oğlanlara saça qulluq, saçın gigiyenası, saç formaları haqqında ətraflı məlumat vermişdir. Sonra usta saç kəsimi edərək, saça forma verilməsini və fenlənməsini nümayiş etdirmişdir.
Qeyd edək ki, praktiki-təlimlər yeniyetmələr tərəfindən maraqla qarşılanmışdır. Yeniyetmələrə layihə çərçivəsində hazırlanmış buklet, cib təqvimi və dəftərxana ləvazimatları paylanmışdır.