Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş Qasımov Seyran Səli oğlu tərəfindən Yardımlı rayonunda icra olunan “Gənclər üçün onlayn intellekt məktəbi” adlı layihəyə yekun vuruldu. Layihənin məqsədi gənclərin intellektual inkişafına yardımçı olaraq onların asudə vaxtlarının səmərəli keçirməsinə dəstək olaqdır. Ümumilikdə 110 nəfər gənc layihənin birbaşa iştirakçı olmuşdur. Mövzü ilə bağlı gənclərə bukletler paylanılmışdır. Layihə rəhbəri Qasımov Seyran bildirmişdir ki, intellekt – düşünmə və bununla bilik qazanma qabiliyyətini əks etdirir. İntellekt – düşünmək üçün əqli bacarıq, qərar vermə, abstrakt düşünmə, material mənimsəmə qabiliyyəti barəsində işlənən termindir. İntellekt çox vaxt şüur üçün də sinonim kimi işlədilir.
İntellekt həm də istənilən məşğuliyyətin uğurlu həyata keçirilməsi və başqa qabiliyyətlərin kökündə duran, problemlərin dərk edilməsi və həllini yerinə yetirmək qabiliyyəti kimi də başa düşülür.
Bu qabiliyyət çox zaman başqa qabiliyyətlərin köməyi ilə həyata keçirilir. Buraya dərketmə qabiliyyəti, öyrənmək, məntiqi düşünmək, informasiyaları onların analizi əsasında sistemləşdirilməsi, onların tətbiqini müəyyənləşdirmək, onlar arasında əlaqəni, qanunauyğunluqları və fərqləri tapmaq və s. kimi keyfiyyətləri misal göstərmək olar.