“Biznesini qur – gələcəyini təmin et” layihəsi Azərbaycan Gənclər İttifaqı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb.
Hazırda formalaşmış gənclər qrupları üçün “Komanda işi”, “CV-nin yazılması və işədüzəlmədə vacib bacarıqlar”, “Rəhbərliklə işgüzar münasibətlərin qurulması”, “Biznes planlarının hazırlanması”, “Biznesin inkişafı və davamlı fəaliyyət üçün effektiv təcrübə” mövzuları üzrə silsilə təlimlərin təşkil edilir. Layihənin icrası zamanı ictimaiyyətin layihə barədə məlumatlandırılması, təlim qruplarının formalaşdırılması, təlimlərin təşkili, materialların CD-lərdə çoxaldılıb paylanması və biznes planların hazırlanması nəzərdə tutulub.
Layihənin məqsədi gənclər arasında biznes sahəsində uğurlu idarəetmə sisteminin tətbiq edilməsi ilə innovativ metodların yayılması, eləcə də, gənc iş adamlarının biznes fəaliyyətlərindəki durumun yaxşılardırılmasına səylərin göstərilməsi və davamlı fəaliyyəti üçün effektiv yerli və xarici təcrübələrin təbliğidir. Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində yeniyetmə və gənclər arasında düzgün ixtisas seçimi üzrə məlumat xarakterli seminarların təşkili, gənclərin işlə təmin edilməsi üçün effektiv strategiyanın tətbiqi üçün təlimlərin keçirilməsi, biznes ideyalara dəstək üçün başlanğıc (start-up) maliyyəyə çıxışı, inzibati və hüquqi biliklər, biznesə dəstək və inkişaf istiqamətində biznes planlarını hazırlanması üzrə yardım, gənclər üçün biznesin idarəetmə sahəsində məlumatlandırma və maarifləndirmə və s. fəaliyyətlər həyata keçirilir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə növbəti ilin yanvar ayında başa çatacaq.