Gənc Politoloqlar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sahibkarlıq düşərgəsi 2016. Gənclər üçün qış məktəbi” layihəsi uğurla başa çatdı. Qusar rayonunda baş tutan dördgünlük təlimdə iştirakçı gənclərə biznes quruculuğu, biznes planın hazırlanması, bazarın araşdırılması, biznes layihələndirmə, marketinq, kənd təsərrüfatı sahibkarlığı və digər zəruri bilgilər verildi. Fəal fikir mübadiləsi şəraitində baş tutan təlimdə həmçinin iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr oldu.
Gənc Politoloqlar Mərkəzinin rəhbəri İlkin Əliyev bu layihənin gənclər arasında maraq doğurduğunu, onun uğurlu olmasını qeyd etdi. Onun sözlərinə görə, layihənin əsas məqsədi biznes və kənd təsərrüfatı quruculuğunda gənclərin rolunun artırılması, eləcə də bu sahəyə maraq göstərən gəncləri maarifləndirməkdir: “Ümid edirəm ki, layihədə iştirak edən gənclər öyrəndikləri bilikləri gələcəkdə öz fəaliyyətində tətbiq edəcəklər. ”
Gənc Politoloqlar Mərkəzinin rəhbər müavini layihənin maliyyələşməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fonduna təşkilat adından təşəkkür etdi. Dörd gün baş tutan təlimdə iştirakçıların fəal olduğunu qeyd edən Elşən Orucov onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Sonda iştirkçılar təşkilat tərəfindən sertifikatla təltif edildi və xatirə şəkli çəkildi.