“Gənclərin Təhsil, Təlim, Peşə və Inkişaf Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin turizm sahəsində peşə bacarıqlarının inkişaf etdirilməsi üçün video dərslər” layihəsinin icrasını davam edir.
Növbəti çəkilişlər qeyd-qəbul (Front office), müştəri ilə ünsiyyət, daxili davranış, gigiyena qaydalarına riayət mövzularda “Paradise Baku”otelində həyata keçirilmişdir.
Layihənin əsas məqsədləri turizm sektoru üçün peşəkar kadrların hazırlanması, Azərbaycanda turizm xidməti sahəsində peşəkarlığının artırılması ilə ölkədə turizm sənayesinin rəqabətə davamlılığının yüksəldilməsidir. Həmçinin, yeniyetmə və gənclərin maarifləndirilməsi, peşə biliklərinə yiyələnmələri, gənclərin işlə təmin olunmasına köməkliyin göstərilməsi, davamlı kadr hazırlığının təmin edilməsi, peşə təhsilinin daha müasir və günün tələblərinə uyğun olmasını təmin etməkdir.