Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının iclası üçün Bakıda səfərdə olan 22 ölkədən 24 nəfər nümayəndə bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı olmuşlar.
Görüş zamanı Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva Gənclər Fondunun fəaliyyəti, tədbirlər və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumatı gənclərin nəzərinə çatdırmışdır.
Qonaqlar Gənclər Fondunun gənclərə göstərdiyi qayğı və dəstəyi yüksək qiymətləndirmiş və gələcəkdə Fondla əməkdaşlıqdan məmnun olacaqlarını bildirmişlər.
Görüşün sonunda xatirə şəkili çəkilmişdir.