Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclərdə ekoloji mədəniyyətin formalaşdırılmasına dəstək” layihəsi icra olunur.
Nurlan Cabbarov tərəfindən icra olunan layihə çərçivəsində Sumqayıt şəhər 39 saylı tam orta məktəbdə keçirilən növbəti tədbirdə məktəbin direktoru Bəxşeyiş Ələmşahov, layihənin eksperti və şagirdlər iştirak etmişdir.
Layihə rəhbəri layihənin məqsədi və donoru haqqında məlumat vermiş, ekologiyanın qorunması mövzusu ilə uşaqlıqdan tanış olduğunu və bu sahə ilə maraqlandığını bildirmişdir.
Tədbirdə məktəbin direktoru Bəxşeyiş Ələmşahov günün prioritet mövzusunda olan layihənin əhəmiyyətindən danışmış və ətraf mühitin qorunmasının vacibliyini xüsusi ilə qeyd etmişdir.
Layihənin eksperti Sumqayıt şəhərində yeniyetmə və gənclər arasında ətraf mühitin qorunması və ətraf mühit sahəsində biliklərinin artırılmasının zəruriliyini vurğulamışdır.
Qeyd edək ki, şagirdlərə layihə çərçivəsində hazırlanmış bukletlər paylanılmışdır. Sonda xatirə şəkilləri çəkdirilmişdir.