Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin tərəfdaşlığı ilə gənclərin ekoloji biliklərinin artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə 3 dekabr “Ekoloji Bilik” layihəsinin ilk mərhələsi çərçivəsində təlim keçirilib.
Əbülfəs Allahverdiyev və Pərvanə Babayeva tərəfindən keçirilən “Ekologiyanın mühafizəsi və yaxşılaşdırılması” təlimində 30-a yaxın gənc iştirak edib. Təlimdə əsasən qlobal ekoloji problemlər, onların mümkün həll yolları, neft –qaz sənayəsinin ekologiyası və neft qaz sənayəsində ekoloji monitorinq mövzularına toxunulub.

Layihənin növbəti mərhələsində gənclər üçün ekoloji tur təşkil olunacaq və intellektual yarışma keçiriləcəkdir.