Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyi “Musiqidən Kitabadək” layihəsinə start verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən layihənin məqsədi regionlarda incəsənət sahəsində istedadlı gənclərin bacarıqlarını üzə çıxarmaq, onları geniş ictimaiyyətə çatdırmaqdır.
Gəncə və Şirvan şəhərləri, Quba və Sabirabad rayonlarında icra ediləcək layihə çərçivəsində gənclərin əl işləri və rəsm əsərlərindən ibarət sərgi nümayiş olunacaq. Bunda başqa, həvəskar musiqiçilərin iştirak etdiyi konsert festivalının və kitab sərgisinin keçirilməsi də nəzərdə tutulur.
Layihə 3 ay müddətində icra olunacaq.