Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsi çərçivəsində “Uşaqlar cəmiyyətimizin sabahıdır” adlı layihə uğurla həyata keçirilmişdir.
Bakı ətrafı qəsəbələrdə icra olunan layihədə cəmiyyətimizin sabahı olan gənclərə milli- mənəvi dəyərlər və vətənpərvərlik ruhunun aşılanması əsas məqsəd olmuşdur.
Layihə rəhbəri Aysel Həsənovanın verdiyi məlumata görə keçirilən tədbirlərdə məktəblilərlə bir çox tərbiyəvi məsələlər ətrafında söhbətlər aparılmışdır. Uşaqların diqqətinə çatdırılmışdır ki, onların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və vətəndaş kimi formalaşması dövlət uşaq siyasətinin başlıca istiqamətlərini təşkil edir və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün atılmış addımlar tətbiq olunmaqda davam edir.
Layihə iştirakçılarına həmçinin bildirilmişdir ki, ölkə rəhbərliyi uşaqları sonsuz məhəbbətlə sevir, onlara daim qayğı və diqqət göstərir. Azərbaycanlı körpələrin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar kimi böyüməsi cənab Prezidentin daim diqqətində olmuşdur.
Ulu Öndər tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti bügun də ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin edilməsinə yönəlmişdir.
Layihə zamanı icra planına uyğun olaraq hədəf kütləsi müəyyənləşdirilərək onlar arasında mövzunun aktuallığından və əhəmiyyətindən bəhs edilən çap materialları paylanılmışdır.