Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Kürdəmir rayon Atakişili kənd tam orta məkəbində “Tullantıların və yaşıllıqların insan orqanizminə təsirləri barədə maarifləndirmə” mövzusunda tədbir keçirmişdir. Tədbiri giriş sözü ilə rayon İH müavini Vəsilə Əsgərli açaraq bu tədbirin əhəmiyyəti barədə qısa məlumat vermişdir. Təşkilatın sədri Həbibə Qəribova mövzu barədə ğeniş məruzə ilə çıxış etmişdir. Sonra tədbir gənclərlə dialoq formasında davam etdirilmişdir. Tədbirin sonunda fəal gənclərə mövzunun adı yazilmış köynək, papaq və sertifikatlar təqdim edilmişdir.