“Təbiət Dostları” Gənclər Təşkilatının, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “BİO Turizm” adlı layihə həyata keçirdi. Layihə müddətində “BİO Turizm Qış Düşərgəsi” təşkil edildi. Layihənin məqsədi: ölkədə turizm sahəsində fəaliyyət göstərən gəncləri (bələdçilərin və s.) BioTurizm və ümumilikdə davamlı turizmin əsas ideyasını və fəaliyyət mexanizmi haqqında nəzəri-praktiki biliklər qazandıraraq bu sahənin peşəkarlarına çevirməkdir. Qış Düşərgəsı Gəncə və Göygöl şəhərlərində 22 nəfər iştirakçı və 3 nəfər təşkilatçı, təlimçi komanda ilə həyata keçirildi.
Düşərgə zamanı keçirilən sessiyaların mövzuları:
-Davamlı Turizm (bio, eko, aqro və s);
– Milli Parklarların və Biosfer rezervatların davamlı turizmdə rolu.
Düşərgədə Turizm və ya Ekoloji mövzuda təhsili və ya iş təcrübəsi və 18-35 yaşları olan gənclər iştirak etdi. Düşərgəyə Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi, doktorantı və ekoloji turizm istiqamətində tədqiqatçısı, həmçinin “National Geographic Azerbaijan”ın coğrafiya üzrə məsləhətçisi olan Nigar Sadıqlı dəvət edilmişdir. Təlimçi düşərgə müddətində Davamlı Turizm, Milli Parklar və Ətraf Mühit mövzusu ilə bağlı öz təcrübələrini iştirakçılarla bölüşdü. Eyni zamanda təlim müddətində qrup işləri təşkil edildi və bu sahədə iştirakçılarla birlikdə müzakirlər edildi. Düşərgədə təlimin praktik hissəsi olaraq Ekologiya və Təbbi sərvətlər nazirliyinin dəstəyi ilə Göygöl Milli Parkına 1 günlük ekotur təşkil edildi. Ekotur zamanı Göygül və Maralgölə 18km məsafədə yürüş (hiking) edərək praktik olaraq təlimlər aldılar və Milli parkın flora və faunası ilə tanış oldular. Düşərgə zamanı iştirakçılar sessiyalar təşkil edərək bu sahədə öz təcrübələrini bölüşdülər. Hətta bu sahədə müxtəlif qrup oyunlar və film seyridə təşkil edildi.