Sumqayıt şəhərində “Müasir tərbiyədə mədəni dəyərlərimizi yaşadaq!” layihəsi həyata keçirilir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc tələbə Tünzalə Miriyeva tərəfindən icra olunur.
Sumqayıt şəhəri 39 saylı tam orta məktəbdə layihə çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə 39 saylı tam orta məktəbin direktoru Bəxşeyiş Ələmşahov bu mövzuda layihənin rəhbəri olduğu məktəbdə keçirilməsindən şad olduğunu, layihə rəhbərinə və layihənin donoruna təşəkkürünü bildirib.
Mədəni dəyərlərimizin təbliği və yaşadılmasından danışaraq məktəblilərlə etik və düzgün davranış qaydalarına əməl etməyi tövsiyə edib.
T.Miriyeva icra etdiyi layihənin əhəmiyyətindən söz açaraq yeniyetmələri ictimai yerlərdə öz davranışlarına və hərəkətlərinə diqqət yetirməyə çağırıb.
Layihənin eksperti yeniyetmə cəmiyyətdə riayət etməli olduqları düzgün davranış qaydalarından, ictimai davranış qaydalarının təbliğindən və bu sahədə aparılan maarifləndirmə işlərindən danışıb.
Qeyd edək ki, tədbir iştirakçılarına maarifləndirici bukletlər və dəftərxana ləvazimatları paylanılıb.