Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında tələbələrlə görüş keçirmişdir.
Görüş zamanı universitetin rektoru Əziz Əliyev qonaqları tələbələrə təqdim etmiş, və sözü Fondun icraçı direktoru Fərhad Hacıyevə vermişdir. F.Hacıyev tələbələri salamlamış, onlara Fondun fəaliyyəti haqda məlumat vermiş və Gənclər Fonduna layihə göndərməyə dəvət etmişdir.
Daha sonra Fondun aparat rəhbəri Faiq Qürbətov Fondun təqdimatını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.