Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi Toğrul Məmmədli tərəfindən “Abşeronun sahil ərazilərində məişət tullantılarının idarə edilməsi” layihəsinin icrası sona çatıb.
Layihənin məqsədi ətraf mühitin qorunmasını təmin edən müxtəlif növ aksiyaların həyata keçirilməsindən ibarətdir. Layihə çərçivəsində Abşeronun sahil ərazilərinin yerləşdiyi çimərliklərdə monitorinqlər aparılmış və sonda hesabat şəklində ictimaiyyətə çatdırılmışdır. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində baş tutan 2 günlük seminarda tələbələrə çirklənmiş ərazilərə aid materiallar göstərilmişdir.
Layihə 3 ay müddətində Bakı şəhərində baş tutub.