Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsində qalib olmuş “Gənclərin yoluxucu xəstəliklərdən qorunması üçün profilaktik məlumatlandırma seminarları” adlı layihə baş tutmuşdur. Layihə ayrı-ayrılıqda 2 gün davam etmişdir. Gənclər ölkənin gələcəyidir. Gənclərin sağlamlığı isə ən önəmli faktorlardan biridir. Məhz bu aspektdən yanaşaraq sırf belə bir layihənin keçirilməsi nəzərdə tutulmuşdur. Seminarlarda iştirak edən gənclər yoluxucu xəstəliklər haqqında ümumi və geniş məlumatlar almışdırlar. Onlara “Yoluxucu xəstəliklər nədir?”, “Yoluxucu xəstəliklərə necə yoluxulur?”, “Onların ilkin simptomları nələrdir?”, “İlk olaraq hansı tibbi profilaktik addımlar atılmalıdır?” və s. kimi tibbi məlumatlar gənclərə seminarlar vasitəsi ilə çatdırılmış və onlar bu mövzu haqqında maarifləndirilmişdirlər. Seminarlarda iştirak edən gənclər həmçinin onları maraqlandıran digər tibbi suallarıda təlimçi-həkim Günel Quliyevaya ünvanlandırıblar.