Fiziki şəxs Mahmudova Günay Rübail qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Güclü natiq hər işdə bacarıqlı insan deməkdir!” layihəsinin icrasını Gəncə şəhərində silsilə tədbirləri ilə icra etmişdir.
Layihənin əsas başlıca məqsədi Respublikada gənclərlə bağlı iş sahəsində mövcud olan problemləri nəzərə alaraq regionlarda gənclərin təşkilatlanması, onların natiqlik qabiliyyətinin inkişafı, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, gənclərin ictimai həyatda rolunun artırılması, onlarda liderlik keyfiyyətlərinin formalaşdırılması və təşəbbüskarlığının dəstəklənməsi vasitəsilə gənclər işinin inkişaf etdirilməsindən ibarət olmuşdur.
Regionlarda gəncləri natiqlik sənətini onun üsdün cəhətlərini hələdə bilmirlər. Belə ki, ölkədə gənclər təşkilatlarının olması bütün ölkə boyu gənclərin iştirakını gücləndirir və genişləndirir,layihələrimiz vasitəsilə, yerli gənclər təşkilatları vasitəsilə minlərlə gənc Azərbaycanın inkişafına öz tövhələrini verir, yaradıcı təşəbbüsləri ilə çıxış edirlər.