Noyabrın 4-ündə Abşeron Art Gallery-də Gənclər Fondunun dəstəyi ilə keçirilən “Müasir Azərbaycan gənc fotoqraflarin obyektivində” adlı sərginin açılışı oldu.
Sərginin açılışı ictimaiyyət arasında çox böyük marağa və diqqətə səbəb olmuş və açılış günü Abşeron Art Gallery-ə mədəniyyət və incəsənət aləminin tanınmış simaları təşrif buyurmuşdular.
Açılışda Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, əməkdar mədəniyyət işçisi İldrım Qasımov,Mədəniyyət və Turizm nazirliyinin yanında elmi metodik mərkəzin işçiləri, Bakı Slavyan Universitetin professoları və tələbələri iştirak etmişdir.
Sərgini Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov açıq elan edib. Daha sonra əməkdar mədəniyyət işçisi İldrim Qasımov, layihə rəhbəri Tamerlan Ələkbərov və Abşeron Art Gallery-nin direktoru Eldəniz İbrahimov çıxışları ilə davam edib.
Çıxışçılar təqdim olunan fotoların müasir Azərbaycanımızın mədəniyyətinin bir sıra məqamlarını özündə əks etdirdiyini bildiriblər. Sonda gənc fotoqraflara sertifikat verilib.
Layihə rəhbəri Tamerlan Ələkbərov, belə layihələrin davamlı keçiriləcəyini və dəstəyə görə Gənclər Fonduna təşəkkürünü bildirib.
Qeyd edək ki, “Müasir Azərbaycan gənc fotoqraflarin obyektivində” adlı sərgi noyabrın 4,5,6 və 7 tarixlərində davam etmişdi.