Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaq Hüquqları Uşaqların Gözü ilə” layihəsinin ikinci təlimi keçirilib.
Layihənin məqsədi orta məktəbdə təhsil alan şagirdlərin dünyada ən aktual məsələlərdən biri olan uşaq hüquqları barədə xəbərdar etmək və maarifləndirməkdir. Son günlər dünyanın bir sıra ölkələrində baş verən münaqişələrdən ən çox zərər görən uşaqlardır. Bu zaman baş verən hüquq pozuntularını layihə əsnasında uşaqlara çatdırmaq onlara bu kimi hadisələri öz gözləri ilə şahid etmək layihənin təməl prinsiplərindən biri idi. Təlim interaktiv şəkildə, diskussiyalarla keçirildi. Təlim zamanı mütəmadi olaraq hüquqları haqda suallar verildi. Hüquq pozuntuları ilə rastlaşan zaman nə edəcəkləri, hüquqlarını bilməklə yanaşı vəzifələrini də düzgün və vaxtında yerinə yetirməli olduqları şagirdlərə aşılandı.