Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Xəlilli Vəfanın “Yeniyetmə qızların təhsilə cəlb olunması” adlı fərdi layihəsinin icrasına 25 oktyabr 2016-cı il tarixindən start verilib. Layihə Zərdab rayonunda həyata keçirilir. Layihənin məqsədi gənclərə erkən nikah haqqında məlumatlar verilməsi, erkən nikahın fəsadlarının açıqlanması, onların bu mövzuda maarifləndirilməsi və bu problemin qarşısını almaq üçün gənclərin təhsilə marağının artırılmasından ibarətdir.
Bu məqsədlə Zərdab şəhərində 3 məktəbdə tədbirlərin: sosioloji sorğu, müsahibə və təlim keçiriləcək,bukletlər çap ediləcək, sosial şəbəkələrdə və KİV-də çıxışlar və digər maarifləndirici tədbirlər həyata keçirilməsi planlaşdırılır. Gənc qızlar arasında erkən nikah və onun fəsadları barədə maarifləndirmə işləri aparılacaq, həmçinin yeniyetmələrə sağlam gələcək naminə təhsilin önəmi çatdırılacaqdır.