Sumqayıt şəhərində “Anaya ehtiyacı olan qızlar ana olmasınlar!” layihəsinin icrası davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gənc ana Rəna Məmmədova tərəfindən icra olunan layihə çərçivəsində tədbir keçirilib. Tədbirdə R. Məmmədova layihə və onun donoru haqqında məlumat verib.
Ali təhsilli və gənc ana olan layihə rəhbəri bildirib ki, layihənin icrası onun üçün adında olduğu kimi işğal altında olan rayonlarımızdan olan çox saylı məcburi köçkünlərin də məskunlaşıb yaşadığı gənclər şəhəri olan Sumqayıtda çağırış etməkdir.
Layihənin eksperti çıxış edərək erkən nikahın yaratdığı problemlər, sağlamlığa vurduğu ziyanlar barədə danışıb. Ekspert şagirdlərə təhsillərini davam etdirməyi, peşə sahibi olmağı, layihə vasitəsilə əldə etdikləri məlumatları valideynlərinə və şəhər əhalisinə ötürməyi tövsiyə edib.
Sonra iştirakçılara layihə çərçivəsində hazırlanmış bukletlər və dəftərxana ləvazimatları paylanılıb.