Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, “NURGUN Motors” şirkəti, Xəzər-Qərb Tədris Mərkəzi və “RƏVAN” Sığorta şirkətinin birgə təşkilati dəstəyi ilə “Avto Akademiya” layihəsi icra edilmişdir.
Layihədə iştirak üçün 500-dən çox gənc müraciət edərək onlayn qeydiyyatdan keçib, müraciətlərə əsasən müsahibə mərhələsindən uğurla keçən 30 nəfər gənc layihə cəlb olunmuşdur. “Avto Akademiya” layihəsi çərçivəsində iki ay müddətində 30 nəfər gəncə nəzəri və praktiki təlimlər keçirilmişdir. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Qeyd edək ki, “Avto Akademiya” layihəsinin keçirilməsində əsas məqsəd yol hərəkəti qaydaları haqqında anlayışının inkişaf etdirilməsi, yol hərəkəti qaydalarının öyrənilməsi, yol hərəkəti mədəniyyətinin yüksəldilməsi və sürücülük vəsiqəsi əldə etmək istəyən gənclərə dəstək olmaqdır.