Gənclər Üçün Təhsil Mərkəzi Gəncə Regional ofisində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib olan “EkoGənc” layihəsinin ikinci təlimi keçirilib.
Layihənin əsas məqsədi Gəncədə ekologiyanın qorunması, ətraf mühitlə bağlı ekoloji aksiyalarda gənclərin rolunu artırmaq və dəstək olmaqdır. Gənclərin boş vaxtlarını səmərəli keçirmələrinə kömək etmək.
Tədbiri layihə rəhbəri Seymur Mirzəyev qonaqları və iştirakçıları salamlayaraq açıq elan etmişdir. Təlimi Xədicə Səlimxanova keçmişdi. Təlim “sağlam həyat tərzi” haqqında baş tutmuşdu. Təlimdə insan sağlam həyat tərzi sürmək üçün nələr etməlidir, sağlam həyat tərzi deyəndə gənclər nə başa düşür, sağlam həyat tərzi və ekologiyanın qorunması arasında əlaqələr və s kimi müxtəlif mövzular ətrafında aktiv müzakirələr təşkil olundu. Eyni zamanda təlim müddətində iştirakçılar 3 komandaya bölündülər və hər 3 komandaya qrup işləri verildi və sonda komandalar ayrı ayrılıqda qrup işlərini təqdim etdilər. Təlimin sonunda iştirakçılar ekologiyanı necə və nəyə görə qorumaq lazımdır birdaha öyrəndilər.