“Ekologiyanın istehsalçı və istehlakçı baxışından rolu” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VIII qrant müsabiqəsinin fərdi layihə qalibi Günel Mustafayeva Etibar qızı tərəfindən həyata keçirilmişdir. Qeyd edək ki, layihənin əsas mərhələsi olaraq gənclər arasında 13-14 oktyabr 2016-cı il tarixlərdə Balakən rayonunda ekoloji iqtisadiyyat sahəsi ilə maraqlanan gənclər üçün təlimlər təşkil olunmuşdur. İlk öncə, layihənin rəhbəri Günel Mustafayeva tədbiri açıq elan etmiş və o, Azərbaycan Gənclər Fondu və həyata keçirdiyi layihə haqqında, layihənin məqsəd və vəzifələri barədə təlim iştirakçılarına geniş məlumat vermiş və bu layihənin həyata keçirilməsinə dəstək olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna, təşkilati dəstək olan Balakən rayon İcra Hakimiyyətinin, Balakən rayon Gənclər və İdman İdarəsinin rəhbərliklərinə öz təşəkkürünü bildirmişdir. Daha sonra, əsas mövzusu “Ekoloji istehsalçı və istehlakçı davranışları” olan iki günlük təlimlərin effektivliyinin artırılması məqsədi ilə təlimlərdə praktikliyə, beyin həmləsinə xüsusi yer verilməklə yanaşı təlimçi-ekspert gənclərə bu sahədə öz dəyərli məsləhətlərini vermiş və əldə olunmuş biliklərin daha da möhkəmləndiriliməsi üçün iştirakçılara layihə çərçivəsində çap olunmuş məlumat kitabçaları paylanmışdır. Bununla yanaşı, hər iki təlim foto və video lentə alınmışdır. Layihənin yekun mərhələsi olaraq maarifləndirmə-təbliğat işlərinin genişləndirilməsi məqsədi ilə bu mövzuda video-çarxın çəkilişi həyata keçirləcəkdir.
Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin ekoloji iqtisadiyyat sahəsində maarifləndirilməsi yolu ilə onlara məsuliyyətli istehsal və istehlakçı bacarıqlarının aşılanmasından ibarətdir.