Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İntellekt” Uşaq və Gənclərə Kömək İctimai Birliyinin həyata keçirdiyi “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolunun artırılması” layihəsinin icrası uğurla başa çatmışdır.
Layihə çərçivəsində maariləndirmə işlərinin aparılmasına ictimai dəstək üçün könüllülər qrupu yaradılmış, onlar təlimlərə cəlb olunmuş, Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində gənclər üçün, Şirvan Peşə Litseyində və Dövlət İqtisadiyyat və Humanitar Kollecində tələbələr üçün, Bayramlı qəsəbəsi 3 saylı və Hacıqəhrəmanlı qəsəbəsi 12 sayli tam orta məktəblərinin yuxarı sinif şagirdləri üçün təlilər və seminarlar təşkil olunmuşdur.
Ümumilikdə 4 təlim, 4 seminar, 4 görüş-müzakirələr təşkil olunmuşdur ki, həmin tədbirlərdə 240 gənc iştirak etmişdir. Bundan əlavə 500 gənc arasında 2 dəfə (layihənin başlanğıcında və sonunda) rəy sorğuları keçirilmişdir. Sorğuların nəticələri müqayisə edilmiş, qiymətləndirmələr aparılmışdır.
Seminarlarda gənclərlə yanaşı şəhər ictimaiyyətinin nümayəndələri də iştirak etmişlər. Tədbirlərdə qeyd olunmuşdur ki, ölkəmizdə gənclərə diqqət və qayğı həmişə dövlətin diqqət mərkəzində olmuşdur. Lakin bəzi radikal dini cərəyanların və ya radikal insanlarln ölkədəki tolerant vəziyyətdən, insanların inam və etimadından sui-istifadə edərək gəncləri radikal addımlar atmağa təhrik etmələrinin qarşısını almaq gənclərin əsas vəzifələrindən biridir. Gənclər xüsusilə ayıq olmalı və belə məqamlarda öz vətəndaşlıq mövqeyini ortaya qoymalıdırlar.
Tədbirlərdə iştirak edən dini icmaların nümayəndələri vurğulamışlar ki, islam dini digər dünyəvi dinlərdə olduğu kimi heç vaxt radikalizmi, zorakılığı təbliğ etməmiş, hətta bu cür hərəkətləri günah adlandırmışdır.