Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev İstanbul şəhərində keçirilən “Ekstremizm və zorakılığın qarşısının alınmasında gənclərin rolu” mövzusunda keçirilən konfransda iştirak edir.
Konfrans Türk dilli dövlətlərin əməkdaşlıq şurası və BMT-nın sivilizasiyalar arası alyansı agentliyi tərəfindən təşkil edilib.
Konfransda Türkiyənin baş nazirinin müavini cənab Tuğrul Türkeş, Türkiyənin gənclər və idman naziri cənab Akif Çağatay Kılıç, BMT-nın Sivilizasiyalar Alyansını üzrə ali nümayəndəsi cənab Əbdulaziz Nasir, Türk Şurasının baş katibi cənab Ramil Həsənov və digər qonaqlar iştirak edirlər.
Fərhad Hacıyev konfransda “Gənclər arasında ekstremizmin və zorakılığın aradan qaldırılmasında dövlətin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.
Çıxışda Fərhad Hacıyev ölkəmizin bu sahədə ən gözəl nümunə olduğunu iştirakçıların diqqətinə çatdırmışdır. Azərbaycanda gənclər siyasətinin dövlət prioritet sahələrindən olduğunu qeyd etmiş, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gələndən sonra yaratdığı ilk qurumlardan biri məhz Gənclər və İdman nazirliyi olduğunu, bu sahədə qanunvericilik bazasının yaradılmasını qeyd etmişdir.
Cənab Prezident İlham Əliyevin bu sahədə güclü infrastruktur yaratdığını, gənclərin potensialının aşkar və inkişaf etdirilməsi üçün müxtəlif qurumların yaradılmasını konfrans iştirakçılarını diqqətinə çatdırmışdır.
Eyni zamanda, Gənclər Fondunun bu sahədə fəaliyyəti haqqında məlumatları qeyd etmişdir. Gənclər Fondunun gənclər üçün açdığı imkanlardan və fərdi layihələrin uğrundan danışmışdır.
Fərhad Hacıyev ekstremizmin qarşısının alınmasında əsas məsələnin təhsil və məşğulluq olduğunu qeyd etmiş, gənclərin dövlətin müxtəlif sahələrdə aktiv iştirakının vacib olduğunu qeyd etmişdir. Həmçinin potensiallarının reallaştırılmasına şəraitin yaradılmasının vacib olduğunu vurğulamışdır.