Sumqayıt Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt Dövlət Universitetinin, Yeni Azərbaycan Partiyası Gənclər Bilirliyinin və Gənclərin Sağlam Gələcəyi Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə “Gənclər üçün Diksiya Klubu” layihəsi çərçivəsində ilk seminar-treninq keçirilmişdir.
Layihə rəhbəri R.Hüseynova çıxış edərək iştirakçıları 18 Oktyabr – Dövlət Müstəqilliyimizin 25 illiyi münasibəti ilə təbrik etmiş və layihə icrasında əməkdaşlığa görə tərəfdaş təşkilatlara minnətdarlığını bildirmişdir. Qeyd olundu ki, layihə Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsində qalib olmuş və məqsəd Azərbaycan dili, natiqlik sənəti haqqında gəncləri maarifləndirmək, onlarda ünsiyyət qurma, fikir çatdırma, özünüifadə vərdişlərinin formalaşmasına nail olmaq, intonasiya, mimika və jestlərin danışıqda istifadə qaydalarını gənclərə mənimsətməkdir.
Sonra P.Vəliyeva tərəfindən natiqlik qabiliyyəti, nitq mədəniyyətinin önəmi, onu formalaşdırmağın yolları, ifadəlilik bacarığı və aydın tələffüs üsulları mövzularında interaktiv treninq verilmiş və iştirakçılara təqdim edilmiş mövzular ətrafında çıxışlar təşkil edilmişdir.
Tələbə-gənclər A.Şıxəhmədova, F.Səfərəliyev, A.Quliyeva isə çıxışlarında gənclərdə bilik, bacarığının yüksək olması ilə yanaşı inam, güvən və dialoq qurma vərdişlərinin də olmasının vacibliyini vurğulamışlar.
Sonda iştirakçılara çay süfrəsi təşkil edilmiş, fəal gənclərə sertifikatlar təqdim olunmuşdur.