Ağcabədi, Mingəçevir, Yevlax və Kürdəmir rayonlarından sonra 17 oktyabr 2017-ci il tarixdə Ucar rayonunda baş tutan layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyi tərəfindən icra olunur.
Layihənin əsas məqsədi 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətini regionlarda təbliğ etmək, gəncləri beynəlxalq tədbirin ölkəmizə verəcəyi faydaları barəsində məlumatlandırmaq, oyunlar zamanı ölkəmizə gələn xarici qonaqlarla gənclərin ictimai davranış qaydalarına riayət etmələrinə yardımçı olmaq, Azərbaycanın idman tarixini və cənab prezidentimiz İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi gündən bugünədək ölkə idmanının keçdiyi uğurlu yolları gənclərə çatdırmaqdır.
Tədbirdə Ucar Rayonu Gənclər və İdaman idarəsinin rəisi Əhliman İbrahimov, idarənin əməkdaşları və rayonun fəal gəncləri iştirak etdilər.
Görüş çay süfrəsi arxasında gənclərin yüksək fəallığı ilə yadda qaldı. Tədbirdən sonra rayon ərazisində gənclər mövzuya uyğun hazırlanmış maarifləndirici buklet və flayerlər vasitəsi ilə layihə haqqında məlumatlandırıldı.
Layihənin davamı Oğuz və Zərdab rayonlarında həyata keçiriləcək.