Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin məlumatlandırılması” adlı layihəyə start verdi.
Layihənin icrasının başlanması ilə bağlı mətubat konfrans keçirilmişdir.
İclasda GVB-nin İdarə Heyəti, birliyin yerli təşkilatların təmsilçiləri və fəxri üzvləri iştirak edirdilər. Konfransı giriş sözü ilə açan layihə rəhbəri M.Əliyev gündəlikdə duran məsələləri tədbir iştirakçıların nəzərinə çatdırdı və qeyd etdi ki, layihənin icra olunması ilə bağlı birliyin İdarə Heyətində müzakirə olunmuş və icra planına uyğun olaraq ilk növbədə layihə rəhbəri və mühasibdən ibarət işçi heyəti formalaşdırılmış, əmr və müqavilələr hazırlanmışdır. Bunun xaricində təşkilatın 10 fəalı da könüllü olaraq layihəyə cəlb edilmişdir. İşçilər arasında müvafiq təlimatlar verilərək iş bölgüsü aparılmışdır. Layihə üzrə təşkilat komitəsinin üzvü N.Quliyev bildirdi ki, icra olunan layihə 10 oktyabr 2016-ci il tarixindən 10 yanvar 2017-cı il tarixə kimidir. Qeyd edək ki, layihənin əsas məqsədi Genetik modifikasiya olunmuş Orqanizmli (GMO) məhsulların cəmiyyətə verdiyi ziyanlar haqqında araşdırma aparmaq, bu barədə əhalini məlumatlandırmaq, onların dövriyyəsini, satışını və yayılmasının məhdudlaşdırmaq üçün qanunvericiyliyin sərtləşdirilməsi üçün təkliflərin hazırlanmasını, gənclər arasında fiziki-mənəvi hazırlıq vətənpərvərlik ruhunun qaldırılması ilə bağlı, torpağa, təbiətə, keçmişə, bu günə, gələcəyə, dövlətçiliyə və tarixi milli-mənəvi və əxlaqı dəyərlərinə ehtiramla yanaşmaları sahəsində məqsədyönlü keyfiyyətlərin əhali arasında təşviq etməkdən ibarətdir.