7 oktyabr 2016-cı il tarixdə Yevlax rayonunda və Mingəçevir şəhərində “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyi tərəfindən “Region gənclərinin Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları haqqında məlumatlandırılması” adlı layihə həyata keçirildi
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan layihənin əsas məqsədi 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətini regionlarda təbliğ etmək, gəncləri beynəlxalq tədbirin ölkəmizə verəcəyi faydalar barəsində məlumatlandırmaq, oyunlar zamanı ölkəmizə gələn xarici qonaqlarla gənclərin ictimai davranış qaydalarına riayət etmələrinə yardımçı olmaq, Azərbaycanın idman tarixini və cənab prezidentimiz İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi gündən bugünədək ölkə idmanının keçdiyi uğurlu yolları gənclərə çatdırmaqdır.
Tədbirdə Yevlax rayonu və Mingəçevir şəhəri İcra Hakimiyyəti Başçısı Aparatlarının, Gənclər və İdman İdarələrinin və digər rəsmi qrumların nümayəndələri iştirak etdilər.
Tədbirlərdən sonra ərazilərdə gənclərlə fərdi görüşlər keçirildi və tədbirlərədə iştirak etməyən gənclər də mövzuya uyğun hazırlanmış maarifləndirici buklet və flayerlər vasitəsi ilə Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları haqqında məlumatlandırıldı
Layihənin davamı Ucar, Kürdəmir, Oğuz və Zərdab rayonlarında həyata keçiriləcək.